Yuxarı

Bu gün XXII Qış Olimpiya oyunlarının açılışı olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün XXII Qış Olimpiya oyunlarının açılışı olacaq

Bu gün Bakı vaxtilə saat 20.14-də Soçidə "Fişt" stadionunda XXII Qış Olimpiya oyunlarının təntənəli açılış mərasimi keçiriləcək.

Stadionun tribunalarında 40 min tamaşaçının olacağı gözlənilir, televiziya yayımını isə 3 milyarddan çox tamaşaçı izləyə biləcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında Soçiyə 60-dək dövlət rəhbərinin səfər edəcəyini, tək açılış mərasimində isə 44 dövlət başçısının iştirak edəcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi açılışında iştirak etmək üçün fevralın 6-da Rusiya Federasiyasına işgüzar səfərə gediblər.

Soçidə keçiriləcək qış olimpiya oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq. Olimpiya oyunlarının bağlanma mərasimi fevralın 23-də baş tutacaq.

Olimpiadada Azərbaycan dağ xizəyi və fiqurlu konkisürmə idman növləri üzrə 4 idmançı ilə təmsil olunacaq (Anspress).

Tarix
2014.02.07 / 08:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla