Yuxarı

Buş prezidentlik uğrunda mübarizəni dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Buş prezidentlik uğrunda mübarizəni dayandırdı

Florida ştatının keçmiş qubernatoru, respublikaçı namizəd Ceb Buş Cənubi Karolinada keçirilən ilkin seçkilərdən sonra ABŞ prezidentliyi uğrunda mübarizəni dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə ictimaiyyətə Ceb Buşun özü məlumat verib.

"İnsanlar Ayova və Nyu Hempşirdən sonra da seçimlərini etdilər. Bu gündən etibarən seçki kampaniyamın başa çatdığını elan edirəm", - Buş bildirib.

İlkin məlumatlara görə, Buş Cənubi Karolinada seçicilərin cəmi 8 faiz səsini qazana bilib.

Qeyd edək ki, Respublikaçılar Partiyasının Cənubi Karolinada keçirdiyi seçkinin qalibi Donald Tramp olub.

Demokratlar Partiyasının Nevada ştatında keçirdiyi seçkini isə 52 faiz səslə Hillari Klinton qazanıb.

Tarix
2016.02.21 / 10:29
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla