Yuxarı

Kadırov postunu tərk edir - Açıqlama

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov postunu tərk edir - Açıqlama

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov yenidən bu posta seçilmək istəmir.

Publika.az xəbər verir ki, Kadırov bu barədə "Rus informasiya xidməti" radiostansiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, respublika rəhbərliyində daha peşəkar insanlar var.

"Kadırov bundan sonra davam etmək istəyirmi? Mən istəmirəm. İndi iqtisadi və sosial nöqteyi-nəzərdən başqa vaxtdır. Hesab edirəm ki, öz borcumu yerinə yetirdim. Komanda və ölkənin prezidenti var. Mən piyadayam. Əgər məndən bundan sonra xidmət etməyimi istəsələr, xidmət edəcəyəm, əks halda, vidalaşacağam", - Çeçenistan prezidenti bildirib.

Kadırov 5 mart 2011-ci ildə Çeçenistan parlamenti tərəfindən respublikanın prezidenti vəzifəsinə təsdiq edilib. Vəkalət müddəti inauqurasiyanın keçirildiyi 5 aprel 2011-ci il tarixindən hesablanır. Beləliklə, Kadırovun səlahiyyətləri 5 aprel 2016-cı il tarixində başa çatır.

Prezident bir müddət əvvəl "Instagram" səhifəsində yazıb ki, yenidən namizəd olmaq barədə hələlik düşünməyib.

Tarix
2016.02.23 / 15:22
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla