Yuxarı

Əsədin müşaviri: "B planından xəbərim yoxdur"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədin müşaviri: "B planından xəbərim yoxdur"

Rusiya və ABŞ arasında Suriyada atəşkəsin təmin edilməsi ilə bağlı əldə olunan razılaşma müharibənin sona çatdırılması üçün ilk addımdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın paytaxtı Moskvada səfərdə olan Suriya Prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban deyib.

"Ən son istədiyim müharibənin davam etməsidir. Hökumət müharibənin sona çatmasını istəyir. Rusiya və ABŞ arasındakı razılıq bu yolda atılan ilk addımdır. Terrorçuların nəzarətində olan əraziləri müəyyənləşdirmək çox çətindir", - Şaban vurğulayıb.

Buseyna Şaban onu da qeyd edib ki, ABŞ Dövlət katibi Con Kerrinin açıqladığı "B planı"ndan xəbərdar deyil və yeganə istədikləri axan qanın dayandırılmasıdır.

Xatırladaq ki, ABŞ Dövlət katibi Con Kerri açıqlamasında Suriyada atəşkəsin təmin edilməyəcəyi halda, ölkənin bölünməsini özündə ehtiva edən "B planı"nın işə düşəcəyini bildirmişdi.

Tarix
2016.02.24 / 21:37
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla