Yuxarı

Deputatın olduğu canlı yayıma basqın - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatın olduğu canlı yayıma basqın - Video

Yunanıstan dövlət televiziyasına hücum olub.

Axar.az-ın verdiyi xəbərə görə, ERT telekanalının 50 illiyində anarxist Ruvikonas qrupu canlı yayımda efirə basqın edib.

Hücum zamanı operator xəsarət alıb. Efirə hücum edənlərdən 22 nəfər saxlanılıb, üç nəfər isə axtarışdadır.

Xəbərlər proqramının aparıcısı Panos Haritos və yunan kommunist millət vəkili Lianna Kanelli canlı yayımda baş verən hadisədən şoka düşüblər.

Ardınca ekran qaralıb və köhnə yayıma keçirilib. Sonra sabitlik bərpa olunub və veriliş davam etdirilib. Aparıcı hər zaman canlı yayımda spontan hadisələrin baş verdiyini diqqətə çatdırıb.

Anarxist qruplaşmanın məqsədi siyasi tələblərini canlı yayımda səsləndirmək olub. Millət vəkili onların bəyanatını özü oxuyacağını təklif etsə də, razılaşmayıblar.

Bu hadisədən sonra etirazçıların qətnaməsi internetdə yayımlanıb. Bəyanatda mövcud hakimiyyətin iqtisadi böhrana son qoymaq əvəzinə, kəmərsıxma siyasətini davam etdirməsi tənqid olunub.

Millət vəkilinin sözlərinə görə, etiraz şiddətlə olmamalıdır: "Mən dedim ki, bəyanatı verin, oxuyum, amma istəmədilər. Əfsus ki, bir operator pis yaralandı, bəzi telefonlar qırıldı"

Tarix
2016.02.25 / 00:38
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Arakçı onunla Bakı ilə münasibətləri müzakirə etdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla