Yuxarı

Putindən dollara səssiz hücum

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən dollara səssiz hücum

Rusiya Prezidenti Vladimir Putin dollara səssiz hücuma başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Almaniyanın "Die Velt" qəzeti yazıb.

Qəzet Rusiyanın son vaxtlarda qızıl ehtiyatlarını artırdığını qeyd edib:

"Bütün maliyyə çətinliklərinə baxmayaraq, Rusiya son vaxtlar qızıl ehtiyatlarını artırır. Putin qızıl alır, lakin bunu təntənəsiz edir. Bu, dolların hakimiyyətinə səssizcə edilən hücumdur. 2016-cı ilin yanvarında Rusiyanın qızıl ehtiyatları 20 ton çoxalıb və hazırda 1300 tondan artıqdır. Siyasətçilər Moskva ilə Qərb arasında yeni Soyuq müharibənin başlamasından qorxur. Halbuki döyüş uzun zamandır maliyyə sektorunda davam edir. Putin qızıl almaqla Qərb valyutalarının hakimiyyətini azaltmağı planlaşdırır. Çünki hazırda qızıl almağın heç bir iqtisadi əsası yoxdur. Rusiya 1990-cı illərdən bu yana ən ağır iqtisadi böhranını yaşayır. Rubl getdikcə ucuzlaşır və buna görə də hər bir dollar belə ölkəyə fayda verir. Putin nə olursa-olsun, dollardan imtina etmək istəyir. Çünki Vaşinqtonun həqiqətən də dollardan maliyyə silahı kimi istifadə edə biləcəyini bilir. Qızıl böhrana qarşı qorunmanı təmin edir və ya əksinə qızıl alışları Putinin mövcud xarici siyasətinə davam etmə niyyətində olduğunu göstərir".

Tarix
2016.02.26 / 15:53
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Prezident Türkmənbaşıda tədbirdə iştirak edir - Foto

Prezident “Avaza” Kompleksində - Foto

İlham Əliyev Türkmənistana getdi - Foto

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla