Yuxarı

Rusiya-ABŞ arasında qalmaqal: "Çənənizi bağlayın"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya-ABŞ arasında qalmaqal: "Çənənizi bağlayın"

Əgər belə bir danışıq tərzi amerikalı diplomatlar arasında geniş yayılıbsa, onda çənələrini bağlamağı iş yoldaşlarınıza əmr edin.

Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Tonerin rus diplomatları haqqında "İş görün, ya da çənənizi bağlayın" sözlərinə Feysbuk hesabında münasibət bildirərkən deyib.

Zaxarova amerikalı diplomatın bu danışıq tərzindən olduqca təəccüblədiyini bildirib:

"Suriyada atəşkəsin başlanması ilə bağlı Rusiya Müdafiə Nazirliyində mətbuat konfransı keçirildi. Mətbuat konfransı olduqca açıq və anlaşılan idi. Yəni Mark, rus tərəfi çənəni bağlamadan Suriyada baş verənləri hələ də öyrənmək şansınız var".

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner rus diplomatları haqqında "İş görün, ya da çənənizi bağlayın. Rusiya Suriyadakı siyasi proseslərlə bağlı sadəcə sözdə deyil, əməli şəkildə də fəaliyyət göstərməlidir"- deyə bildirmişdi.

Tarix
2016.02.27 / 20:17
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla