Yuxarı

Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarkov ikinci Hələbə çevrilmək təhlükəsi ilə üz-üzədir

ABŞ siyasətçiləri Ukraynaya lazım olan hava hücumundan müdafiəni əldə etmək üçün yeni hərbi yardım çağırışına biganə qalsalar, Xarkov ikinci Hələbə çevrilmək riski ilə üzləşəcək.

Axar.az xəbər verir ki, bunu Xarkov şəhər meri İqor Terexov bildirib.

Onun sözlərinə görə, Rusiya taktikasını dəyişib, Xarkovun elektrik təchizatını pozmaqla, yaşayış məntəqələrini atəşə tutmaqla şəhərin 1,3 milyon sakinini qorxutmaq istəyir və insanları saatlarla işıqsız qoyur.

Terexov hazırda ABŞ Konqresinin ləngitdiyi 60 milyard dollarlıq hərbi yardım paketinin Ukrayna üçün kritik olduğunu deyib və Qərbi diqqəti iki illik müharibəyə yönəltməyə çağırıb:

"Xarkovun ikinci Hələbə çevrilməsinin qarşısını almaq üçün bu dəstəyə ehtiyacımız var".

Qeyd edək ki, Suriyanın Hələb şəhəri 2012-ci ildən müharibə içərisindədir. 2016-cı ildə müxalif qüvvələrin və mülki əhalinin gizləndiyi Hələbin şərqi intensiv bombalanmağa başlanıb. Bu amansız bombardmanlar minlərlə insanın ölümü və şəhərin böyük hissəsinin dağılması ilə nəticələnib.

Tarix
2024.04.17 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla