Yuxarı

ABŞ: “Rusiyanı SSRİ-nin taleyi gözləyir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ: “Rusiyanı SSRİ-nin taleyi gözləyir”

ABŞ heç vaxt Krımın Rusiya tərəfindən anneksiyasını qəbul etməyəcək.

Axar.az xəbər verir ki, bunu "Amerikanın səsi" radiosuna müsahibəsində ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisi Maykl Karpenter söyləyib. Onun sözlərinə görə, Krım uzun illər sonra olsa da, Ukraynanın tərkibinə qaytarılacaq:

"Bir müddət öncə biz Velles deklarasiyasının 75 illiyini qeyd etdik. Bu deklarasiyaya əsasən, ABŞ 1940-cı ildən bu yana SSRİ-nin Baltikyanı ölkələri işğal etməsini tanımayıb. Biz bu mövqemizi uzun onilliklər ərzində qoruduq. Məncə, Krımla bağlı da mövqeyimiz belə olacaq. Bu anneksiya beynəlxalq normalara tam ziddir".

Qeyd edək ki, 1939-cu ilin avqustunda SSRİ və nasist Almaniyası arasında imzalanan müqaviləyə (Molotov-Ribbentrop paktı – red.) əsasən, Litva, Latviya və Estoniyanı Moskva anneksiya edib. Bu, Qərb dövlətlərinin kəskin etirazına səbəb olub. 1940-cı ildə isə o zaman ABŞ-ın Dövlət katibi olan Velles üç Baltikyanı ölkənin SSRİ tərəfindən işğalını pisləyib və hər üç ölkənin müstəqil olduğunu bəyan edib.

Krım Ukrayna ərazisidir. Yarımada Rusiya tərəfindən 2014-cü ilin martında anneksiya olunub.

Tarix
2016.03.05 / 11:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla