Yuxarı

Hizbullah: “İsraili işğal etməyə hazırıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hizbullah: “İsraili işğal etməyə hazırıq”

Hizbullah çox güclü silah əldə edib.

Axar.az xəbər verir ki, bunu Hizbullahın adının çəkilməsini istəməyən komandirlərindən biri ABŞ-ın "Forin polisi" qəzetinə açıqlamasında söyləyib. Onun sözlərinə görə, təşkilat Suriya müharibəsində böyük təcrübə qazanıb və hər an İsraili işğal etməyə hazırdır:

"Hizbullah Suriya Prezidenti Bəşər Əsədi İranın əmri ilə müdafiə edir. İndi biz ilk dəfə açıq müharibə yolu ilə İsrail ərazilərinə soxula bilərik. İsrailin şimalındakı əhali bizə heç bir müqavimət göstərə bilməyəcək".

Qeyd edək ki, Hizbullah 1982-ci ildə Həsən Nəsrullahın rəhbərliyi altında yaradılıb. Təşkilatın yaradılmasında İran kəşfiyyatının böyük rolu olub. Hizbullahın əsas məqsədi Livanda İran nümunəsində islam dövləti yaratmaqdır. Bu təşkilata indiyə qədər ən böyük dəstək İran və Suriya tərəfindən verilib. 80-ci illərdə Yaxın Şərqdə, xüsusilə, Livan, Suriya, İraqda aktiv fəaliyyət göstərən SSRİ də bu təşkilatın fəaliyyətinə göz yumub.

Təşkilatın əsas məqsədləri sırasında İsrailin yox edilməsi də var. 1996-cı il İsrailin Hizbullaha qarşı keçirdiyi əməliyyatlar təşkilatın güclənməsinə şərait yaradıb. 2000-ci ildə BMT-nin vasitəçiliyi ilə İsrail qoşunları Livanın cənubundan çıxarıldıqdan sonra rəsmi Beyrut Hizbullaha bütün cənub sərhədlərini həvalə edib. Kifayət qədər güclü olan təşkilat hakimiyyətdə əsas postlara sahiblənməyi bacarıb.

Hizbullah indiyə qədər İsrail, ABŞ, Avropa Birliyinin bəzi ölkələri, Avstraliya, Ərəb Liqası tərəfindən terror təşkilatı kimi tanınıb.

Tarix
2016.03.05 / 14:24
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla