Yuxarı

Ermənilər kilsə pulu üstündə mübahisə edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər kilsə pulu üstündə mübahisə edir

Gürcüstanın erməni pravoslav kilsəsi apostol yeparxiyasının yepiskopu Vazqen Mirzaxanyan ianələrin, dövlət tərəfindən ayrılan vəsaitin ünvansiz xərclənməsində və israfçılıqda günahlandırılıb.

"Axar.az"ın məlumatına görə, "Qlobal bric" təşkilatının rəhbəri Qeorqi Elibeqov rus mediasına açıqlamasında bildirib ki, Gürcüstan Prezidenti yanında Milli Azlıqlar Şurasının üzvü və Ombudsmanlıqda analoji qurumun sədri kimi, ona erməni icmaları təmsilçiləri tərəfindən bu yöndə yetərincə şikayət daxil olub. Elibeqovun sözlərinə görə, ermənilər yepiskop Mirzaxanyanın fəaliyyətindən və kilsəyə verilən pulların idarə olunmasından gileylidirlər: "Bu inamsızlıq daha çox keçmiş Baş nazir Bidzina İvanişvilinin Sayat-Novanın Tiflisdə bayram günlərinin keçirilməsi üçün "Kartu" erməni icmasına 100 min lari (58 min dollar) vəsait ayırmaq istəyindən sonra başladı. Bizdə məlumat var ki, sözügedən vəsait ictimai məqsədlərə deyil, Mirzaxanyanın şəxsi hesabına yönləndirilb".

Xatırladaq ki, bu günlərdə Gürcüstan hökuməti dini konfessiyalara dövlət büdcəsindən müyyən miqdarda vəsaitin ayrılmasına qərar verib. Elibeqov diqqətə çatdırıb ki, ermənilər məhz kilsəyə ayrılacaq sözügedən 1,3 milyon larinin aqibətindən olduqca narahatdırlar: "İctimaiyyətin vəsaitləri nəzarətdə saxlaya bilməsi üçün Mirzaxanyana kilsə daxilində xüsusi komissiyanın yaradılmasını təkilf etdik. Lakin o, qətiyyətlə təklifimizi rədd etdi. Onlar erməni icmalarına ayrılan pulun xərclənməsini kiminsə bilməyini istəmirlər. Kilsəyə bir neçə icma daxildir ki, onlar da Mirzaxanyanın "orbitinin" ətrafında fırlanırlar, onun atdığı addımlara haqq qazandırırlar. Odur ki, biz bundan ciddi narahatlıq keçiririk".

Tarix
2014.02.09 / 13:34
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla