Yuxarı

Rumınlar etiraz aksiyasında basketbol oynadılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rumınlar etiraz aksiyasında basketbol oynadılar

Rumıniyanın paytaxtı Buxarest şəhərində müxalifətin keçirdiyi anti-hökumət nümayişinə minlərlə insan qatılıb.

Etirazçılar paytaxt küçələrində yürüş edərək, Baş nazir Viktor Pontanın hökumətinin istefasını tələb edib. Bu hakim koalisiyaya qarşı Demokratik Liberallar partiyasının ilk belə nümayişi olub. Nümayişə ölkənin müxtəlif şəhər və vilayətlərindən 12 minə yaxın insan gəlib. Hökumət evi qarşısında bir araya gələn etirazçılar iqtidar əleyhinə müxtəlif şüarlar səsləndirib.

Etirazçılardan biri hazırkı hökumətin apardığı siyasət nəticəsində rumınların daha da yoxsullaşdığını və alçaldıldığını bildirib. Simvolik jest olaraq nümayişə basketbol səbəti də gətirilib, basketbol oynanılıb.

Belə ki, deyilənə görə basketbol Baş nazir Pontanın sevimli idman növüdür. (ANS)

Tarix
2014.02.10 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla