Yuxarı

Qaribaşvilinin oğlu ABŞ-dan döndü, şayiələr yayıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaribaşvilinin oğlu ABŞ-dan döndü, şayiələr yayıldı

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin oğlu Nikolozun ABŞ-dan qayıtması Gürcüstanda birmənalı qarşılanmayıb.

Axar.az xəbər verir ki, bəziləri Nikolozun sanksiyalara məruz qaldığı üçün ölkəsinə dönməyə məcbur olduğunu bildirib.

Qaribaşvilinin həyat yoldaşı Nanuka Tamazaşvili isə bu iddiaları rədd edib:

“Niko birinci kursu əla qiymətlərlə başa vurdu və təxminən üç həftə əvvəl Tiflisə qayıtdı, çünki yay tətili başladı. Vəssalam!".

Qeyd edək ki, Nikoloz Qaribaşvili 2022-ci ildə Pensilvaniya Universitetində maliyyə təhsili sahəsində dünyanın ən yaxşılarından biri hesab edilən Uorton Biznes Məktəbinə daxil olub.

Gürcüstanın keçmiş baş nazirinin ailəsi deyir ki, təlim və uçuşlar üçün bütün xərcləri onun şərab şirkətinin sahibi olan təqaüdçü babası qarşılayıb.

ABŞ Dövlət Departamenti ailələri ilə birlikdə sanksiya siyahısına salınan 34-ə qədər gürcü rəsminin adını çəkmir. Bütün bunlara ABŞ-a girişdən imtina faktı əsasında tədricən aydınlıq gətiriləcək.

Xatırladaq ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi qəbul olunduqdan sonra ABŞ Gürcüstan rəsmilərinə sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Tarix
2024.06.10 / 00:31
Müəllif
Axar.az
Digər xəbərlər

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Müctəba Xameneinin ilk mesajı tezliklə yayımlanacaq

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

Katolikosun Qarabağ açıqlaması müharibə çağırışıdır

“Kənddən şəhərə” yarmarkasında qiymətlər... - Video

Rus ordusunda döyüşən İbad Hüseynov öldü - Foto

İran müharibəsi bu iki düşməni barışdırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla