Yuxarı

Təəssüf ki, Paşinyan haqlıdır - Rusiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təəssüf ki, Paşinyan haqlıdır - Rusiya

Aprelin 10-da Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya-Ermənistan münasibətləri çətin dövrlərdən keçir. Təəssüf ki, mən onunla razılaşmalıyam.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısının müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib.

O bildirib ki, İrəvan əsassız olaraq Rusiyanı və KTMT-ni tənqid edir:

“Mən burada Qərbin Ermənistana qarşı təxribat siyasətinin nəticəsini görürəm. Onlar bütün gücləri ilə İrəvanı Rusiya ilə qarşıdurmasının Qərb sxemlərinə cəlb etməyə çalışırlar, Ermənistanın təhlükəsizliyi və erməni xalqının maraqları haqqında heç düşünmürlər”.

Qaluzinin fikrincə, Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq kimi qeyri-real istəyi ilə əlaqədar antirusiya yanaşmalarını tətbiq etmək üçün maliyyə-iqtisadi potensialından istifadə edir:

“Halbuki Rusiya Ermənistan üçün ən böyük investordur, Rusiya kapitallı müəssisələr isə respublika büdcəsinin əsas vergi ödəyiciləridir. Bu gün Ermənistanda ÜDM-in artımı daha çox Aİİ məkanında sıx iqtisadi əlaqələrlə bağlıdır.

Biz hər şeyə ciddi yanaşırıq, ciddi insanlarıq, Ermənistanda Rusiyanın onun üçün unikal, danılmaz rolunun dərk edilməsinin üstünlük təşkil edəcəyini gözləyirik. Heç bir Qərb ölkəsi və yaxud bütövlükdə Qərb Ermənistan üçün Rusiyanı əvəz edə bilməz”.

O əlavə edib ki, Rusiya həm KTMT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə, həm də ikitərəfli sazişlərə uyğun olaraq Ermənistanı özünün ən yaxın müttəfiqi, təhlükəsizlik sahəsində ən mühüm tərəfdaşı hesab edir.

Tarix
2024.06.11 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla