Yuxarı

7 yaşlı azərbaycanlıya görə aksiya - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
7 yaşlı azərbaycanlıya görə aksiya - Foto

Almaniyanın Nyu Köln əyalətinin orta məktəbinin 300-ə yaxın şagirdi 7 yaşlı azərbaycanlı Aylanın ailəsinin deportasiya edilməsinə qarşı etiraz aksiyası keçiriblər.

ANS-in məlumatına görə, şagirdlər əllərində "Aylanın ailəsi qalmalıdır" yazılı plakatlar tutublar.

Almaniya miqrasiya orqanlarının qərarına görə, Aylanın ailəsi martın 24-də deportasiya edilməlidir. Azərbaycanlı ailə Almaniyaya 16 il əvvəl köçüb. Orada ailənin 3 övladı dünyaya gəlib, lakin ailənin yaşayış icazəsi olmadığından uşaqların sənədləri ilə problemlər var.

7 yaşlı Aylanın məktəbin ən qabaqcıl şagirdi olduğundan onun Almaniyada qalması məktəb rəhbərliyi üçün prinsipial məsələyə çevrilib. Məktəbin direktoru artıq qızcığazın ailəsinə kömək etmək xahişi ilə Almaniya kansleri Angela Merkelə müraciət edib.

Son zamanlar yerli əhalinin dövlətin miqrasiya siyasətinə neqativ yanaşdığını nəzərə alan Merkel artıq miqrantara qarşı münasibətini yumşaldıb. Bu ilin yanvarında xanım Merkel bəyan edib ki, İraq və Suriyadan Almaniyaya gələn miqrantlar münaqişənin bitməsindən sonra vətənlərinə dönə bilərlər. Daha əvvə isə kansler qaçqınların ölkədə demoqrafik vəziyyəti yaxşılığa doğru dəyişəcəyini bəyan etmişdi.

Tarix
2016.03.15 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla