Yuxarı

Bu gün dolların taleyi həll olunur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün dolların taleyi həll olunur

Bu gün ABŞ Federal Ehtiyat Sistemi (FES) Açıq Bazar Komitəsinin (FOMC) iki gün davam edən iclasının nəticələrini açıqlayacaq.

Axar.az xəbər verir ki, Yaponiya və Avropa Mərkəzi Bankının uçot dərəcəsini artırmamasından sonra FES-in dolları gücləndirmək üçün müsbət qərar verməyəcəyi bildirilir.

Analitiklərə görə də FES bu gün uçot dərəcəsini artırmayacaq.

"Hazırda valyuta bazarlarında stabillik hiss edilir. Xüsusilə də ABŞ iqtisadiyyatına daxil olan müəyyən göstəricilər - işsizlik səviyyəsinin minimum həddə qədər azalması kimi müsbət simptomlar, həmçinin, inflyasiya səviyyəsinin gözlənilən hədəflərin aşağısında olması prosesdə bir balans yaradır. Bu isə FES üzvlərinin mart toplantısında hər hansı dəyişikliklə bağlı qərar qəbul etməyəcəyi ehtimalını gücləndirir", - iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

FES rəhbəri Canet Yellen çox güman ki, açıqlamasında növbəti aylarda faiz artımı ilə bağlı siqnal verəcək.

FES-in dollarla bağlı tarixi qərarı Bakı vaxtı ilə 22:00-da açıqlanacaq.

Qeyd edək ki, FES sonuncu dəfə ötən ilin dekabrında uçot dərəcəsini 0,25%-dən 0,50%-ə yüksəldib.

Tarix
2016.03.16 / 11:32
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü... - Video

“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Prezident Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Nümayəndə heyətimiz quru yolla İrəvana getdi - İlk dəfə

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

Fuad Qəhrəmanlının DTX-yə cavabı: Video necə çəkilib?

Azərbaycan və Rusiya aktual məsələləri müzakirə etdi

“Zəngəzur Orta Dəhlizə rəqibdir” deyənlər... - Mamaladze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla