Yuxarı

Almaniyada işdən çıxarma dalğası başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada işdən çıxarma dalğası başladı

Almaniyada dünyaca məşhur olan nəhəng şirkətlər işçiləri işdən çıxaracaqlarını bəyan ediblər.

"Axar.az" xəbər verir ki, bu barədə alman mətbuatı məlumat yayıb.

"Volvo" şirkəti 4400 işçisi ilə yollarını ayıracağını bildirib. Bu şirkət maşın istehsalında dünyada ikinci sırada yer alır.

"SONY" şirkəti bu ilin yazına qədər 5 minə qədər işçisini çıxaracağını bəyan edib. Həmçinin "Airbus" şirkəti də 2500 işçisi ilə yollarını ayıracağını açıqlayıb.

Kimya şirkətlərindən biri olan BASF-ın rəhbərliyi də 250-ə yaxın heyətlərini kiçildəcəklərini bildirib. Mikroçip istehsalçısı İntel şirkəti də 5000-ə qədər işçilərini ixtisar edəcəklərini planlaşdırdıqlarını deyib.

Çap maşınları istehsalçısı "Koenig & Bauer" firması da dünya bazarındakı vəziyyəti təhlil edərək 1500 işçi ixtisar edəcəklərini vurğulayıb. Aviasiya və müdafiə sənayesi nəhənglərindən sayılan "EADS" tabeçiliyində olan hərbi maşınlar istehsal edən "Airbus Military", "Astrium" və "Airbus Space & Defence" şirkətlərini birləşdirərək 2016-cı ilin sonuna kimi 5800 nəfərlik heyətlə yollarını ayıracaqlarını açıqlayıb.

Tarix
2014.02.11 / 01:01
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla