Yuxarı

Suriyada atəşkəsin uzadılması barədə razılığa gəlinib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya hökuməti və müxalifət nümayəndələri BMT və Suriya Ərəb Qızıl Aypara Cəmiyyətinin birgə humanitar aksiyasının keçirildiyi Xüms şəhərində atəşkəsin müddətinin uzadılması barədə razılığa gəliblər.

RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Valeri Amos bildirib.

V.Amos bəyanatında qeyd edib: "Mən münaqişə tərəflərinin Humsda köhnə şəhərin ərazisində atəşkəsin müddətinin daha 3 gün uzadılması barədə razılıq əldə etməsini alqışlayıram".

Qeyd edək ki, ötən həftə hökumət və müxalifət dinc sakinlərin şəhəri tərk etməsinə imkan vermək və humanitar yardımın çatdırılmasını təmin etmək üçün Humsda üç gün ərzində hərbi fəaliyyəti dayandırmaq barədə razılığa gəlmişdilər.

Ötən cümə günü şəhərdən yüzlərlə dinc sakini çıxarmaq və humanitar yardımı çatdırmaq mümkün olub. Lakin əməliyyat zorakılığın artması səbəbindən çətinləşib. Belə ki, bazar günü şəhərin rayonlarından biri artilleriya zərbəsinə tuş gəlib, nəticədə 5 nəfər ölüb. Bir gün əvvəl isə Humsa gedən humanitar karvanın atəşə tutulması barədə məlumatlar yayılmışdı.

Suriyaya, xüsusilə də Hums şəhərinə humanitar yardımların çatdırılması ilə bağlı vəziyyət ölkə hökuməti və müxalifət nümayəndələrinin Cenevrədəki danışıqlarda həll etməyə çalışdığı əsas problemlərdən biridir.

Suriyada 100 mindən çox insanın həyatına son qoyan (BMT-nin məlumatına görə - red.) silahlı münaqişə 2011-ci ilin mart ayından davam edir (Trend).

Tarix
2014.02.11 / 08:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla