Yuxarı

Vuçiçdən dəhşətli xəbərdarlıq: 3 aya elə bir fəlakət olacaq ki…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vuçiçdən dəhşətli xəbərdarlıq: 3 aya elə bir fəlakət olacaq ki…

Ukraynadakı müharibəyə görə dünya əsl fəlakətə yaxınlaşır və bu, 3-4 aya başlaya bilər.

Axar.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç İsveçrənin “Die Weltwoche” qəzetinə müsahibəsində bildirib.

“Mən üçüncü dünya müharibəsindən yox, ciddi qarşıdurmadan danışıram... İnanıram ki, biz bundan çox da uzaqda deyilik. Yəni 3-4 aydan çox deyil. Və bunun daha tez baş verməsi riski var”, - o bildirib.

Vuçiçin sözlərinə görə, qatar getdi və heç kim onu dayandıra bilməz:

“Əgər böyük dövlətlər heç nə etməsə, Ukraynada baş verəcək hər şeyin sonu qaranlıq olacaq. Bəli, tam əminəm ki, qısa müddətdə bizi əsl fəlakət gözləyir. Səbəb odur ki, heç kim sülhə nail olmağa çalışmır”.

Onun fikrincə, Qərb Ukraynada uduzmağa tab gətirə bilməz, ABŞ və NATO üçün bu, geosiyasi vəziyyətlərinin pisləşməsi deməkdir:

“Həmçinin Putin müharibəni uduzsa, hər şeyini itirəcək. Hər iki tərəf karta hər şeyini qoyub. Heç kəs məğlubiyyəti özünə rəva görmür. Buna görə də mən açıq şəkildə bəyan etdim ki, biz əsl fəlakətə yaxınlaşırıq”.

O əlavə edib ki, bunun qarşısını almaq üçün heç bir yol görmür:

“Bu gün mən neft, şəkər, duz – hər şey, bütün ehtiyatlarımızla bağlı məlumatları yoxladım, çünki gələcəyin hamımıza nə gətirəcəyini bilmirəm”.

Vuçiç onu da bildirib ki, Qərbdə insanlar Putini qiymətləndirməyi bacarmır.

Tarix
2024.06.19 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla