Yuxarı

Obama iranlıları təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Vaşinqton və Tehranın nüvə probleminin ardınca iki ölkə arasında münasibətlərdəki digər kəskin problemləri tənzimləmək imkanları var.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama Novruz bayramı münasibəti ilə əlaqədar İran vətəndaşlarına ünvanlanan video-müraciətində deyib.

Əvvəllər də iki ölkə arasında yeni münasibətlərin qurulması barədə danışdığını xatırladan Obama etiraf ABŞ-la İran hökuməti arasında dərin ziddiyyətlərin olduğunu etiraf edib:

"Ancaq ciddi fikir ayrılığına baxmayaraq, ABŞ və İran müntəzəm dialoq aparır və bu da digər məsələləri həll etmək üçün əlverişli imkan yaradır. Tərəflər ABŞ və İran xalqları arasında əlaqələri genişləndirməyi bacaracaq. Sadə iranlıların gündəlik həyatlarında BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaların ləğv edilməsinin bütün əhəmiyyətini hiss etmələri üçün zaman tələb olunacaq. Sanksiyaların ləğv olunması İrana dünya iqtisadiyyatına inteqrasiya etməyə imkan verəcək. İranın xarici ticarətinin genişlənməsi və iqtisadiyyatına qoyulan investisiyaların artması yeni iş yerlərinin yaradılmasına, yeni texnologiyaların əldə edilməsinə səbəb olacaq, ixracat artacaq. Məsələn, bura İranın məşhur toxuculuq və kənd təsərrüfatı malları daxildir. Amerikalılar İran xalçalarını, püstəsini, kürüsünü və zəfəranını almağa hazırdırlar".

Tarix
2016.03.20 / 11:11
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla