Yuxarı

Jirinovski: "İrəvan, Tiflis dağılacaq, Bakı isə..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski: "İrəvan, Tiflis dağılacaq, Bakı isə..."

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski 1954-cü ildən 1991-ci ilə qədər fəaliyyət göstərən SSRİ Dövlət Təhlükəsizlik Komitəsini (DTK) dirçəltməyi təklif edib.

Publika.az xəbər verir ki, Jirinovski bu barədə "Danışır Moskva" radiostansiyasının efirində Brüsseldə törədilən terror aktlarını şərh edərkən deyib.

"Dövlət Təhlükəsizlik Komitəsini bərpa etmək lazımdır. Onun tərkibində yaxşı hazırlanmış bir neçə yüz min zabit olmalıdır. Bütün nəqliyyat kommunikasiyalarını - aeroportlar, dəmiryol vağzalları və avtomobil yolları nəzarət altına almaq lazımdır", - Jirinovski bildirib.

Bundan başqa, partiya sədri hesab edir ki, Rusiya cənub istiqamətində öz sərhədlərini möhkəmləndirməlidir: "Çünki Türkiyədə belə bir fikir var ki, miqrasiyanı axınını Avropaya deyil, Gürcüstana çevirmək lazımdır. Onlar Gürcüstanı və Ermənistanı dağıdacaqlar, Azərbaycana və cənub sərhədlərimizə atılacaqlar".

1991-ci ildə ləğv edilən DTK-nin əsasında Kəşfiyyat Mərkəzi (daha sonra Rusiya Xarici Kəşfiyyat Xidməti) və Təhlükəsizlik Nazirliyi yaradılıb. Rusiya Prezidenti Boris Yeltsin 1993-cü ilin dekabrında Təhlükəsizlik Nazirliyini ləğv edib və Əks-Kəşfiyyat üzrə Federal Xidmətini yaradıb. Bu qurumun adı isə 1995-ci ildə Federal Təhlükəsizlik Xidməti ilə dəyişdirilib.

Bu gün Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb. Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, Malbeek metrostansiyasında isə 20 nəfər həyatını itirib.

Tarix
2016.03.22 / 23:43
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla