Yuxarı

Rusiyanın 6 vilayətinə kütləvi hücum: dağıntı və itkilər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın 6 vilayətinə kütləvi hücum: dağıntı və itkilər var

Gecə saatlarında Rusiyanın Belqorod vilayətinə dron hücumu həyata keçirilib.

Axar.az xəbər verir ki, vilayətin qubernator Vyaçeslav Qladkov Belqorod şəhəri və Belqorod vilayəti üzərində bir neçə hava hədəfinin vurulduğunu, dörd mülki şəxsin öldüyünü, 20 nəfərin yaralandığını, 160 mənzil, 60 fərdi ev və 140-a yaxın avtomobilə ziyan dəydiyini açıqlayıb.

Gecə Volqoqrad vilayətində Kalaça-Don şəhərindəki neft bazasında güclü yanğın başlayıb, Frolovo şəhərində də elektrik yarımstansiyası yanıb. Bu obyektlərə “PUA-nın dağıntılarının düşməsi” xəbərini qubernator Andrey Boçarov təsdiqləyib. Neft bazasında baş verən yanğının söndürülməsi üçün çalışmalar davam edir.

Həştərxan qubernatoru İqor Babuşkin bu gün səhər bölgənin şimalındakı hədəflərə pilotsuz təyyarələrlə kütləvi hücum cəhdinin qarşısının alındığını bildirib.

Rostov qubernatoru Vasili Qolubev də gecə saat iki radələrində başlayan kütləvi hücum zamanı Rodionovo-Nesvetayski rayonunda elektrik yarımstansiyasında iki transformatorın, Rostov-Donda isə dağıntıların düşdüyü yerdə quru ot örtüyünün yandığını təsdiqləyib.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bir neçə təyyarə tipli dronun məhv edildiyini açıqlayıb, dağıntı və tələfatın olmadığını bildirib.

Kursk vilayətinin başçısı vəzifəsini icra edən Aleksey Smirnov da hücum edən 4 PUA-nın vurulduğunu yazıb.

Tarix
2024.07.09 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla