Yuxarı

ABŞ məxfiliyi qaldırdı: Yeltsinlə 30 il öncəki gizli söhbət...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ məxfiliyi qaldırdı: Yeltsinlə 30 il öncəki gizli söhbət...

ABŞ Milli Təhlükəsizlik Arxivi Moskva ilə Vaşinqton arasında NATO məsələsi ilə bağlı münasibətlərə aid məxfilikdən çıxarılan sənədlərin bir hissəsini dərc edib.

Axar.az xəbər verir ki, nəşr edilmiş sənədlərdən bəlli olur ki, ABŞ-ın o zamanki vitse-prezidenti Albert Qor 1994-cü ilin sonunda Rusiya Prezidenti Boris Yeltsinə NATO-nun genişlənməsinin tədricən və yalnız Moskva ilə məsləhətləşmələrdən sonra baş verəcəyinə söz verib.

“Klintonun sentyabrda sizə dediyi kimi, NATO nəhayət genişlənəcək, lakin bu proses tədricən və açıq olacaq”, – deyə, Qor ABŞ Dövlət katibinin o vaxtkı müavini Strob Talbotdan sitat gətirir.

"Biz sizinlə məsləhətləşəcəyik”, - Qor vurğulayıb.

Bundan əlavə, qeyd olunur ki, Qor Yeltsini əmin edib ki, proses ABŞ-Rusiya tərəfdaşlığının, eləcə də Rusiya-NATO tərəfdaşlığının dərinləşməsi ilə paralel aparılacaq.

Albert Qorla Boris Yeltsin arasında söhbət Rusiya prezidenti xəstəxanada olarkən baş verib.

Tarix
2024.07.10 / 08:30
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla