Yuxarı

İran kəşfiyyatı: Rəisinin ölümündən sonra...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran kəşfiyyatı: Rəisinin ölümündən sonra...

İranın Kəşfiyyat Nazirliyi ölkə prezidenti İbrahim Rəisinin ölümündən sonra iyulun 5-dək terrorçularla birbaşa qarşıdurmaya keçdiyini və onlara 79 ölümcül zərbə vurduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

"Təkcə mayın 21-dən iyulun 5-dək olan müddətdə nazirliyin Terrorla Mübarizə İdarəsi tərəfindən çoxlu sayda dəstə aşkar edilərək məhv edilib, 79 birbaşa qarşıdurma faktı müəyyən edilib, onlarla terrorçu ünsür və onların əlaltıları həbs edilib, 560 silah, 41 min 895 patron, 9 bomba və çoxlu sayda partlayıcı və bomba ələ keçirilib.

Terror əməliyyatları üçün prioritet coğrafi ərazilər əsasən Tehran, Əlburz, Qəzvin, Rəzəvi Xorasan, Fars, Sistan-Bəlucistan, Hörmüzqan və Buşəhr əyalətləri olub. Bir sıra terrorçu ünsürlər ölkəyə girməzdən əvvəl və şərq sərhədində hazırlanmış pusqularda ələ keçirilib və ya atışmalarda öldürülüb. İraq Kürdüstanında yerləşən separatçı qruplar da vəziyyətdən öz məqsədləri üçün kobud şəkildə istifadə ediblər", - məlumatda deyilir.

Tarix
2024.07.14 / 23:17
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev Köçəryanla qonşu kameralarda saxlanılır

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla