Yuxarı

Aktyor Pezeşkiandan xahiş etdi: Geyimini dəyiş!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyor Pezeşkiandan xahiş etdi: Geyimini dəyiş!

İranlı aktyor Rza Kianian Pezeşkiandan geyim tərzini dəyişməsini, gödəkçə geyinməyi dayandırmasını xahiş edib.

Axar.az xəbər verir ki, Rza Kianian bu haqda öz sosial media hesabında paylaşım edib.

“Sizdən xahiş etmək istəyirəm ki, o gödəkçənin yerinə pencək geyəsiniz. Gödəkçələr yay üçün uyğun deyil, “gödəkçələr”lə (Əhmədinejadın geyim tərzini nəzərdə tutur) bağlı heç yaxşı xatirələrimiz də yoxdur”, - o qeyd edib.

Aktyor Pezeşkianın yaxın aylarda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfərinə toxunaraq bildirib:

“Siz bir millətin şərəfisiniz. Siz artıq yalnız özünüz deyilsiniz. Qoy biz də, dünya da sizin görünüşünüzü görməkdən həzz alsın”.

O, İran prezidentinin xarici görünüşünü “dünyanın diqqətini cəlb etmək” üçün təsirli hesab etdiyini deyib:

“Yaxşı tikilmiş kostyum, uyğun ayaqqabı, uyğun corab və dəbli saç düzümü olsun. Yaxşı geyinmək sadəcə gözəl görünüş deyil. Bu bir fikirdir”.

Tarix
2024.07.22 / 14:35
Müəllif
Suzanna İsmayılova
Digər xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla