Yuxarı

Qarabağda döyüşmüş rus general istefaya göndərilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda döyüşmüş rus general istefaya göndərilir

Rusiya Hava Desant Qüvvələrinin komandanı Vladimir Şamanov öz vəzifəsindən istefaya gedə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Kommersant" qəzeti yayıb. Şamanovun tezliklə Dumada deputat olacağı gözlənilir. Güman olunur ki, Şamanov Dumada Müdafiə Komitəsinə rəhbərlik edəcək.

Rusiya Hava Desant Qüvvələrinin Mətbuat Xidməti yayılan informasiyaları təkzib edib.

Qeyd edək ki, Şamanov 2009-cu ildən etibarən Rusiya Hava Desant Qüvvələrinə rəhbərlik edir. O həmçinin Krım və Suriya əməliyyatlarına görə cavabdehlik daşıyan əsas generallardan hesab olunur.

Şamanov 1990-1994-cü illərdə SSRİ-nin 328-ci hərbi desant alayına rəhbərlik edib. Bu alay 1993-cü ildə Gəncədən çıxarılıb. Şamanov həmçinin Dağlıq Qarabağ savaşında Azərbaycanın tərəfində vuruşub. Qeyri-rəsmi məlumata görə isə o, 1992-ci ildə Azərbaycan ordusunun həyata keçirdiyi Goranboy əməliyyatında iştirak edib.

Qarabağdan sonra general hər iki Çeçenistan və 1999-cu ildə baş tutan Dağıstan əməliyyatlarında da iştirak edib. Şamanov 2008-ci ilin avqustunda baş tutan Gürcüstan müharibəsinin də əsas iştirakçılardan biri hesab edilir. Abxaziyadan Gürcüstan ordusunun çıxarılmasını nəzərdə tutan Kodor dərəsi əməliyyatı məhz onun rəhbərliyi altında keçirilib. Bu əməliyyatdan bir il sonra isə Şamanov Rusiya Hava Desant Qüvvələrinə rəhbər gətirilib.

Tarix
2016.03.31 / 14:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

Sultan Qasımovun vəsatəti təmin olunmadı

Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla