Yuxarı

Ukrayna Rusiya sərhədini yardı: 11 tank, 300 hərbçi ilə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Rusiya sərhədini yardı: 11 tank, 300 hərbçi ilə...

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində sərhədi yarıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya MN yayıb.

Bildirilib ki, hazırda ərazidə gərgin döyüşlər gedir.

Rusiya MN yarılmanın səhər saatlarında olduğunu bildirib. Belə ki, Ukraynanın 22-ci mexalikləşdirilmiş briqadasının 300-ə qədər canlı qüvvəsi 11 tank və 20 zirehli texnikanın dəstəyi ilə Nikolayevo-Darya və Oleşnya yaşayış məntəqələri ərazisində Rusiya ordusunun mövqelərinə hücum edib.

“Rus ordusu dövlət sərhədi və Sum vilayətində hərbi hissələrə hücumları dəf edir və Ukrayna qüvvələrinə zərbələr endirir. Hücum təyyarələri Sum vilayətinin Basovka, Juravka, Xoten, Yunakovka, Belovodı, Xrapovşina yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və texnikasına zərbə vurub. Düşmənin zirehli texnikasına qarşı aviasiya effektiv şəkildə istifadə olunur. Kursk istiqamətində Rusiyanın ehtiyat qoşun qruplaşması artıq toqquşma zonasına daxil olub”, - deyə Rusiya Müdafiə Nazirliyi qeyd edib.

Ukrayna mediası isə hücum edənlərin Rusiya Azadlıq Legionu olduğunu, legionun təkcə Suca deyil, həm də Kursk vilayətinin Kurilovka kəndi yaxınlığında döyüşlər apardığı haqda Teleqram kanalında məlumat yaydığını bildirib.

Tarix
2024.08.06 / 19:18
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla