Yuxarı

Ərdoğan İsraillə bağlı Davudoğlunu təkzib etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan İsraillə bağlı Davudoğlunu təkzib etdi

Ankarada İspaniyanın Baş naziri Mariano Rajoy ilə mətbuat konfransı keçirən Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan İsrailə barışmaq üçün çox ciddi şərtlər qoyub.

Bununla da Ərdoğan daha öncə "İsraillə barışığa həddindən yaxın" olduqlarını deyən xarici işlər naziri Əhməd Davudoğlunun dediklərini təkzib edib.

Türkiyə Baş naziri mətbuat konfransında deyib: "İsraillə "Mavi Mərmərə" danışıqlarında hələ müəyyən bir razılığa gəlməmişik. Bir "üzr" məsələsi vardı, bu reallaşdırıldı. Təzminat məsələsində açıqlamalar verildi. Embarqonun qaldırılması məsələsi də var idi. Embarqo qaldırılmadan heç bir şey olmaz",- deyə Ərdoğan əsas şərt kimi Qəzza sektoruna qoyulan embarqonun aradan qaldırılmasının əsas şərt olduğunu vurğulayıb. "Qəzzaya embarqonun qalxması və bunun yazılı bir protokola təsdiqlənməsi lazımdır. Yaxşı niyyətin qeydiyyata girməsi gərəkdir".

Daha sonra o, 7 avqust 2010-cu il tarixdə İsrail əsgərlərinin Fələstinə humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə hücumundan danışıb: ""Mavi Mərmərə" gəmisində kimsənin əlində silah yox idi. Amma silahlı İsrail əsgərləri beynəlxalq sularda 9 vətəndaşımızı şəhid etdilər". (ANS)

Tarix
2014.02.12 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla