Yuxarı

Kurskda fövqəladə vəziyyət rejimi tətbiq edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kurskda fövqəladə vəziyyət rejimi tətbiq edildi

Ukrayna Silahlı Qüvvələrinin davam edən hücumları səbəbindən Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Axar.az xəbər verir ki, bu barədə regionun rəhbəri vəzifəsini icra edən Aleksey Smirnov Teleqram kanalında məlumat verib.

“Kursk vilayətində, sərhədyanı ərazilərdə çətin əməliyyat vəziyyəti qalır, düşmən qüvvələrinin bölgə ərazisinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün bu gündən etibarən Kursk vilayətində fövqəladə vəziyyət tətbiq etmək qərarına gəldim”, - A.Smirnov vurğulayıb.

Smirnov əlavə edib ki, əməliyyat şəraiti yaxşılaşana qədər o, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə vahid dövlət sisteminin qüvvələrinin işini şəxsən əlaqələndirəcək.

Kursk vilayəti hökumətinin məlumatına görə, bir neçə min insan Kursk vilayətinin sərhədyanı rayonlarını tərk edib, onlardan 600-dən çoxu müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib.

Tarix
2024.08.07 / 21:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla