Yuxarı

Ərdoğan Dövlət Baxçalını həbs etdirmək istəyir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Dövlət Baxçalını həbs etdirmək istəyir

Türkiyənin əsas müxalifət partiyalarından olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının deputat toxunulmazlığının aradan qaldırılması ilə bağlı parlamentə müraciət daxil olub.

MHP liderinin Bursa şəhərində 2013-cü il martın 23-də keçirilmiş mitinqdə işlətdiyi bir söz buna əsas kimi götürülüb. Mitinqdə bozqurdların "Öl de, ölək, vur de, vuraq…" şüarına Bağçalı tərəfindən "Narahat olmayın, onun da zamanı gələcək…" cavabını verilməsi buna səbəb olub.

Məsələnin rəsmi tərəfi budur ki, T.T. adlı vətəndaş Bağçalıdan şikayət edib və prokurorluq bu barədə müraciət hazırlayaraq parlamentə göndərib. Əgər parlament Dövlət Bağçalının deputat toxunulmazlığının aradan qaldırılmasına səs verərsə, onda bozqurdların lideri 6 aydan 5 ilə qədər həbsə girə bilər. Türkiyə Cinayət Məcəlləsinin 214-cü maddəsinə görə, bu, cinayətə təhrik kimi qiymətləndirilir.

MHP-nin parlament fraksiyasının rəhbəri Oktay Vural isə bunu AKP hökumətinin partiyalarına təsiri kimi dəyərləndirib. O, 2013-cü ilin iyun ayının 12-də hazırlanmış müraciətin 8 aydan sonra parlamentə göndərilməsinin MHP-yə təzyiq olduğunu deyib. Onun sözlərinə görə, son günlərdə partiyalarının hökumətin rüşvət və korrupsiyaya bulaşmasını diqqət çəkməsi AKP-ni narahat edir. (ANS)

Tarix
2014.02.12 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla