Yuxarı

General Rusiyaya silah almağa getdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
General Rusiyaya silah almağa getdi

Bu gün Misirin Müdafiə naziri Abdülfəttah Əl Sisi Rusiyaya sürpriz bir şəkildə ziyarət gerçəkləşdirib.

"Axar.az" xəbər verir ki, bu barədə rus mediası məlumat yayıb.

Sisinin Moskvaya silah almaq üçün getdiyi bildirilir.

Misirdə Mursinin devrilməsindən sonra ölkədə vəziyyət kritik olaraq qalır. Ölkə ərazisində fasiləsiz olaraq etiraz mitinqlərinin keçirildiyi bir ərəfədə Müdafiə nazirinin Rusiyaya silah almağa getməsi təəccüblə qarşılanıb.

Misirli generalın Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu ilə görüşü nəzərdə tutulur.

"Ria Novosti"nin verdiyi məlumata görə, Misir müdafiə raketləri, hərbi vertolyot və döyüş reaktivləri almağı planlaşdırır.

Tarix
2014.02.12 / 23:37
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla