Yuxarı

Nazarbayevin qardaşı oğlu dövlətə 104 milyon qaytaracaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazarbayevin qardaşı oğlu dövlətə 104 milyon qaytaracaq

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı dövlətə 50 milyard tengedən (104 milyon dollardan çox) çox aktivi qaytaracaq.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğunun Aktivlərin Bərpası Komitəsi məlumat yayıb.

Məlumata görə, komitə Satıbaldıulının təqsirli bilinməsi və qanunsuz əldə edilmiş əmlakın qaytarılması ilə bağlı prosessual razılaşmanın şərtlərinin yerinə yetirilməsi üzərində işləyir:

"Qiymətləndirməni nəzərə alsaq, bu aktivlərin ümumi məbləği 50 milyard tengedən artıqdır. Bu günə olan məlumata görə, 18 milyard tengelik aktivlər artıq geri qaytarılıb. Bunlara Almatıdakı iki böyük biznes mərkəzi, kommersiya daşınmaz əmlakı və ölkəmizin paytaxtının prestijli ərazisində yerləşən elit ev daxildir".

Tarix
2024.08.16 / 00:21
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla