Yuxarı

Putinin iki oğlu ortaya çıxdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin iki oğlu ortaya çıxdı - Foto

Rusiya Prezidenti Vladimir Putinin iki azyaşlı oğlu var imiş.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Dosye” mərkəzi çıxış edib.

Mərkəz Putinin İvan və Vladimir adlı oğullarının keçmiş gimnast Alina Kabayevadan olduğunu yazıb.

Məlumata görə, Rusiya Prezidentinin ilk oğlu İvan 2015-ci ildə İsveçrədə, Vladimir isə 2019-cu ildə Moskvada dünyaya gəlib. Onların gizli kimlik altında yaşadığı, Putinə bağlı təyyarə və yaxtalarda hərəkət etdikləri, Federal Mühafizə Xidməti tərəfindən təhlükəsizliklərinin təmin olunduğu bildirilir.

“Dosye” yazır ki, Vladimir və İvan Putinin iqamətgahında yaşayırlar. Hər iki uşaq üçün Valdayda xüsusi tədris mərkəzi açılıb, onlara müəllim isə “English Nanny” agentliyi vasitəsilə axtarılıb. Uşaqlara dərs deyən müəllimlərin Cənubi Afrika Respublikasından gətirildiyi, onların iqamətgah ərazisini tərk etməsinin qadağan olunduğu vurğulanıb.

Fotodakı uşağın onun böyük oğlu İvan olduğu iddia edilir.

Tarix
2024.09.04 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla