Yuxarı

Lukaşenkodan Paşinyana: Səni buna kim məcbur edir?!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenkodan Paşinyana: Səni buna kim məcbur edir?!

Son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.

“Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən onlara (Ermənistan hakimiyyətinə - red.) xəbərdarlıq etmişəm: əraziləri onlara (Azərbaycana – red.) ver. Üstəlik, onlar (Ermənistan – red.) etiraf ediblər: "Bu bizim ərazilər deyil. Bəli, bu, bizim ərazilər deyil, Azərbaycanındır. Lakin biz verməyəcəyik, döyüşəcəyik”, – o vurğulayıb.

Belarus lideri qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb:

“Sonra Putindən xahiş etdim. Biz artıq ikimiz Paşinyandan istəməyə başladıq: “Problemi həll et”.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan buna belə cavab verib: “Xeyr, döyüşəcəyik”.

“Döyüşdülər. Sonra Rusiya və bizdən inciməyin anlamı nədir? Axı sən özün Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdin. Kimdən inciyirsən? Kim səni belə danışmağa məcbur edir? Görünür, Qərbə, Avropa Birliyinə istəyir”, – dövlət başçısı bildirib.

Tarix
2024.09.12 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla