Yuxarı

İndi də telefonlar, noutbuklar partlayır: 20 ölü, 460 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndi də telefonlar, noutbuklar partlayır: 20 ölü, 460 yaralı - Video

2024.09.18 - 19:03

Livanda rabitə cihazlarında yeni partlayışlar baş verib, nəticədə 100 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə "Əl Hadath" telekanalı məlumat yayıb.

Yerli mediaya görə, peycerlərdən sonra radiolar, noutbuklar və telefonlar partlamağa başlayıb.

Sakinlər bildirib ki, mobil telefon mağazaları və məişət texnikası da partlayır. Bəzi yaşayış binaları yanmağa başlayıb.

Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 12 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.

Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.

***

Baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300-dən çox insan isə yaralanıb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Yeni partlayışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb, ən azı 450 nəfər isə yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

***

Baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, yaralıların sayı isə 460 olub.

Tarix
2024.09.19 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla