Yuxarı

Türkiyə və Almaniyanın dönər mübahisəsi: 6 ay vaxt verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası Türkiyə və Almaniyaya dönər kababının hazırlanma üsulunu aydınlaşdırmaq və hansı millətə aid olduğunu müəyyən etmək üçün 6 ay vaxt verib.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” məlumat yayıb.

Məlumata görə, Türkiyə AB-yə müraciət edərək, yalnız toyuq, mal və ya quzu ətindən hazırlanmalı olan ənənəvi dönər reseptini qorumağı xahiş edib. Ankara dönər kababının hinduşka və dana ətindən hazırlanmasının əleyhinədir. Türk miqrantların sayəsində yeməyin məşhurlaşdığı Almaniyada dönər kələm və ya salat və sarımsaq sousu ilə verilir. Türkiyədə yemək tez-tez düyü ilə verilir və əlavə olaraq pendir, kartof qızartması, pomidor və acı bibər istifadə olunur. Türkiyə yemək standartlarının tanınmasına nail olarsa, Almaniya yeməyin adını dəyişməli olacaq. Əgər razılaşma əldə olunmasa, Avropa Komissiyası müstəqil qərar verəcək.

Tarix
2024.09.27 / 17:46
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Ağdərədə yüzlərlə separatçının məhv edildiyi yer - Video

Manaf Ağayevin oğlu vəzifəsindən çıxarıldı

Anım Günü ilə bağlı Ordumuzda tədbirlər keçirildi - Video

Sürətli bir şəkildə hərəkətə keçmək üçün... - Bayramov

Daşkəsənin hərbi komissarı həbs edildi - Rəsmi

Səfərbərlik Xidmətinin sabiq rəisi həbs olundu

Sülhə həmişəkindən daha yaxınıq - PA rəsmisi

Bu ölkə Bakı-İrəvan sülhünə töhfə verə bilər

Bu atalar sözü həm bizdə, həm də Azərbaycanda var - Paşinyan

Köçəryanın kitabında Qarabağ detalı: 1997-ci il sentyabrında...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla