Yuxarı

Nəsrullah iclas keçirirmiş, rəhbərlik hamısı… - Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hakimiyyəti Hizbullah lideri Həsən Nəsrullahı məhv etməzdən əvvəl bir neçə ay onun harada olduğunu izləyib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Bildirilib ki, “Yeni sifariş” adını alan əməliyyat üçün “imkan pəncərəsi” yalnız qısa müddətə açılıb, çünki Nəsrullah tezliklə yoxa çıxa bilərdi.

Hizbullah rəhbərliyinin toplantı keçirdiyi yerə 80-ə yaxın bomba atılıb. Nəsrullahın cəsədi şənbə günü səhər hava hücumu yerində tapılıb. Hava hücumu Hizbullah rəhbərliyinin görüşü zamanı həyata keçirilib. İsrail mənbələri təşkilatın qərargahına hücum zamanı bunkerləri məhv etmək üçün güclü hava bombalarından istifadə edildiyini (GBU-28) təsdiqləyib. Hava hücumunun baş verdiyi ərazinin yaxınlığında ən azı altı bina dağılıb.

İsrail ordusu həmçinin Hizbullahın Livanın cənubundakı raket diviziyasının komandiri Məhəmməd Əli İsmayıl, onun müavini və qrupun digər yüksək rütbəli üzvlərinin öldürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Hizbullah hərəkatı sentyabrın 27-də İsrailin Beyruta hücumu nəticəsində öldürülən lideri Həsən Nəsrullahın ölümünü təsdiqləyib.

Tarix
2024.09.29 / 13:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq

AB Bakını şərləyir: Ermənistandakı hərbi planları...

Ceyhun Bayramov Belarus XİN başçısı ilə görüşdü

Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq…

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış etdi

Gözlər Tehranda: İranın cavabı necə olacaq?

İsrail Livana kömək edir: İran ciddi sınaq qarşısında qaldı

Qadınla əlbir olub 700 mini mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla