Yuxarı

İş adamının sərvəti bir gündə 17 milyard dollar artdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dəbdəbəli geyimlər və aksessuarlar istehsalçısı olan LVMH şirkətlər qrupunun təsisçisi və prezidenti Bernard Arnaultun sərvəti sentyabrın 26-da 17 milyard dollar artaraq 201 milyard dollara yüksəlib.

Axar.az FED.az-a istinadla xəbər verir ki, sentyabrın 26-da səhər saatlarında Bernard Arnault sərvət itkiləri üzrə lider idi - 2024-cü ilin əvvəlindən onun sərvəti 24 milyard dollar azalıb.

Budəfəki artım dəbdəbəli əşyaların ən böyük bazarı sayılan Çində hökumətin verdiyi yeni qərarla bağlıdır.

Çin rəsmiləri fiskal xərcləri dəstəkləyəcəklərini və hazırda çətin durumda olan daşınmaz əmlak sektorunu sabitləşdirməyi vəd ediblər. Hökumətin iqtisadi artımı stimullaşdırmaq üçün gücləndirilmiş tədbirləri elan etməsindən sonra hər şey dəyişib.

Belə ki, Parisdəki “Euronext” birjasının məlumatına görə, LVMH-in səhmləri sentyabrın 26-da 9,9% artaraq hər səhmə 678,5 avroya çatıb. Nəticədə, Bernal Arnonun sərvəti dərhal 17,1 milyard dollar artıb və 201 milyard dollara yüksəlib. Hazırda o, 202 milyard dollar sərvəti ilə zəngin insanların dünya reytinqində üçüncü yeri tutan Mark Zukerberqə yaxınlaşıb.

Tarix
2024.09.29 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq

Ceyhun Bayramov BMT baş katibi ilə görüşdü

Ermənilər qəbirlərimizi belə təhqir edir - Video

Ermənilər “əlaqə” axtarır: Niyə İsrail 27-də hücum etdi?

İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!

AB Bakını şərləyir: Ermənistandakı hərbi planları...

Ceyhun Bayramov Belarus XİN başçısı ilə görüşdü

Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq…

Bayramov BMT-nin 79-cu sessiyasında çıxış etdi

Gözlər Tehranda: İranın cavabı necə olacaq?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla