Yuxarı

Yuşşenko zəhərlənməsindən yazdı: "O lənətə gəlmiş aş"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko memuarlardan ibarət kitabının çapına hazırlaşır.

"Axar.az" Ukrayna mediasına istinadən xəbər verir ki, "Dövlətdən kənar sirlər" adlanacaq nəşrin satışına martın əvvəlində başlanılacaq.

Kitab 500 yazılı və 64 foto-arxiv səhifələrdən ibarətdir. Bu barədə kitabın çapını öz üzərinə götürmüş "Folio" nəşr evinin baş direktoru Aleksandr Krasovitski məlumat verib. Kitab 3 min tirajla buraxılacaq, satış qiyməti 100-150 Ukrayna qriveni olacaq.

Yuşşenko kitabla bağlı artıq kiçik anons da verib. O, zəhərlənməsi barədə memurlarında yazır: "Stolun üstünə salatlar qoyulmuşdu. Sonra isti yeməklər gətirdilər və budur, lənət gəlmiş həmin aşı gətirirlər. Aşı tək böyük qabda deyil, porsiyalar şəkilində payladılar. Əminəm ki, zəhəri məhz həmin aşın içərisinə vurmuşdular".

Yuşşenko bildirib ki, zəhərlənməsi olayı Ukraynanın Xüsusi Kəşfiyyat Orqanı rəhbərinin keçmiş müavini Vladimir Saçyukun bağında cərəyan edib. Keçmiş prezident əminlik ifadə edib ki, onun zəhərlənməsinə göstəriş verənlərin adlarını bilir: "Saçyuk və digərləri sadəcə, icraçıydılar. Hazırda onlar Ukrayna sərhədləri kənarındadı. Hər dəfə jurnalistlər məndən soruşanda ki, sizi zəhərləyənin kimliyini bilirsinizmi, cavab verirəm: - Bəli, bilirəm. O da bilir, mən də bilirəm".

Viktor Yuşşenko Ukraynada cərəyan edən hadisələrə, Yanukoviç-Timoşenko siyasi qarşıdurmasına da kitabında yer ayırıb.

Xatırladaq ki, birinci Maydan hadisələri zamanı Yüşşenkonun xalqın etimadını qazandığını görən siyasi rəqibləri onun zəhərlənməsinə qərar vermişdilər. Ukrayna təhlilçiləri əminliklə həmin "əllər"in Kremldən uzandığını vurğulayırdılar. Maraqlıdır, Yeşşenkonun "O da bilir, mən də bilirəm" dediyi şəxs kimdir?

Tarix
2014.02.14 / 17:43
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla