Yuxarı

İrəvan bu cinayətkarları cəzalandırmalıdır - Hacıyev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan bu cinayətkarları cəzalandırmalıdır - Hacıyev

Ermənistan bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə yazıb.

“Erməni işğalından azad edilən Azərbaycanın Sırxavənd kəndində yeni kütləvi məzarlıqlar aşkar edilib. Ermənistanın Azərbaycana qarşı 30 ildir davam edən hərbi təcavüzünün ən ağır nəticələrindən biri də itkin düşmüş şəxslərin taleyidir. 4 000-dən çox azərbaycanlı Ermənistan tərəfindən konsentrasiya düşərgələrində işgəncələrə məruz qalaraq öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Ermənistan bu günədək bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri də cəzalandırmayıb. Əksinə, onlar tərənnüm edilib və mükafatlandırılıb. Ermənistan kütləvi məzarlıqların yeri ilə bağlı bütün tarix və məlumatları gizlədir.

Ermənistan bütün bu cinayətlərə görə dövlətin məsuliyyətini etiraf edərək keçid ədalətinə və münaqişədən sonrakı barışığa həqiqi sadiqliyini nümayiş etdirməli və bütün hərbi cinayətkarları müvafiq qaydada araşdırıb cəzalandırmalıdır”, – o qeyd edib.

Tarix
2024.10.04 / 00:07
Müəllif
Axar.az
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla