Yuxarı

Düşmənlərə qarşı bir neçə ssenari hazırlamışıq - SEPAH

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşmənlərə qarşı bir neçə ssenari hazırlamışıq - SEPAH

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri deyib ki, İran düşmənlərlə qarşılaşmaq üçün bir neçə ssenari hazırlayıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, onlardan biri İsraillə birbaşa qarşıdurmanı nəzərdə tutur.

Əlirza Təngsiri "Əl-Aləm" telekanalına müsahibəsində qeyd edib ki, İran istənilən şəraitə və bölgədə fövqəladə vəziyyətlərə tam hazırdır.

"Bu hallardan biri də Benyamin Netanyahunun odla oynaması və onun alovunu yandırmasıdır. Biz hətta bu problem üçün müxtəlif təlimlər hazırlamışıq”, - deyə kontr-admiral bildirib.

O, hazırlanmış ssenarilərin dəqiq nəyi nəzərdə tutduğunu açıqlamayıb. Kontr-admiral bu ssenarilərin konkret hansı hallarda istifadə olunacağını da açıqlamayıb.

Qeyd edək ki, İran 1 oktyabrda İsrailə kütləvi raket hücumu həyata keçirib. İsrailin bu hücuma cavab verəcəyi gözlənilir.

Tarix
2024.10.06 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla