Yuxarı

Zurabişvili: Baş nazir postuna namizəd tapmışam

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurabişvili: Baş nazir postuna namizəd tapmışam

Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, onun baş nazir postuna siyasi keçmişi olmayan namizədi var.

Axar.az xəbər verir ki, bu barədə Zurabişvili "Pirveli" telekanalına müsahibəsində deyib.

Zurabişvili baş nazirliyə namizədin adını açıqlamayıb, lakin qeyd edib ki, o, seçdiyi namizədi müxalifət partiyaları ilə müzakirə edəcək, onların nümayəndələri ilə görüşlər bazar ertəsi başlayacaq.

"Ölkənin baş naziri olmağa hazırdırmı, bu barədə düşünübmü" sualına Zurabişvili belə cavab verib:

"Düşüncəm barədə burda cavab verməyəcəyəm. Mənim çox yaxşı namizədim var. Əvvəlcə bir nəzər salaq! Həyatda heç nəyi istisna etmək olmaz, bu, illər ərzində öyrəndiyim çətin dərsdir. Hesab edirəm ki, bu gün biz düzgün yoldayıq və bu yolla gedəcəyik".

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabrda keçiriləcək.

Tarix
2024.10.06 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla