Yuxarı

Fətullah Gülənin meşənin içindəki malikanəsi... - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fətullah Gülənin meşənin içindəki malikanəsi... - Foto

Türkiyənin Anadolu Agentliyi (AA) FETÖ terror təşkilatının lideri Fətullah Güləni 1999-cu ildən bəri yaşadığı Pensilvaniya ştatındakı yeni evindən çıxarkən lentə alıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, agentlik Gülənin FETÖ-nün qərargahı kimi tanınan Saylosburq qəsəbəsindəki Şabalıd Retreat Mərkəzindən təxminən 12 dəqiqəlik uzaqlıqda yerləşən böyük bir evdə qaldığını müəyyən edib.

Rəsmi məlumata görə, 2008-ci ildə təxminən 12 sot torpaq üzərində tikilmiş evin 400 kvadratmetrə yaxın daxili sahəsi var. Dəyəri təxminən 887 min dollardan 1 milyon dollara qədər olan, meşədə yerləşən ev ətrafına və girişinə yerləşdirilən təhlükəsizlik kameraları ilə ciddi mühafizə olunur.

Ev 2023-cü ildə təşkilatın liderlərindən biri olan Cövdət Türkyolu və “Meserret MMC” şirkəti tərəfindən alınıb.

AA-nın pilotsuz təyyarə ilə havadan fotoşəkilini çəkdiyi evin bağçasında 4 lüks nəqliyyat vasitəsi ilə yanaşı, qar arabası kimi nəqliyyat vasitələri də görünüb.

AA komandası çəklişlərini davam etdirərkən dəmir darvazadan iki zirehli maşın çıxıb. Arxada qara rəngli “Mersedes”in ön sərnişin oturacağında əyləşən Gülən qısa da olsa, kameralara tuş gəlib.

İki zirehli maşın sürətlə naməlum istiqamətə doğru hərəkət edərək Güləni ərazidən uzaqlaşdırıb.

AA qrupunun bölgədə çəkiliş apardığı zaman Gülənin qaldığı evdə olan şəxslər polisə müraciət edib.

AA qrupunun nümayəndələri ilə görüşdən sonra polis Gülənin şəxsi mülkünə girməmələrini deyib. Polis onu da deyib ki, nəqliyyatın hərəkətdə olduğu yol kənarında diqqətli olsunlar.

Tarix
2024.10.13 / 20:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla