Yuxarı

Hizbullahın zərbəsini İsrail təsdiqlədi: 67 əsgər yaralanıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hizbullahın zərbəsini İsrail təsdiqlədi: 67 əsgər yaralanıb

23:17

Bazar günü axşam Hizbullaha məxsus PUA Binyamin bölgəsinə zərbə endirib, təxminən 67 nəfər yaralanıb, dördünün vəziyyəti çox ağırdır.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” nəşri məlumat yayıb.

“Livandan iki pilotsuz təyyarə İsrailə doğru atılıb, biri dəniz üzərində vurulub, lakin pilotsuz təyyarələrdən biri İsrailin dərinliklərinə nüfuz edərək Binyamin bölgəsinə düşüb. Hücum zamanı heç bir xəbərdarlıq sirenləri işə salınmayıb”, - məlumatda bildirilib.

Bunun ardınca İsrail ordusu da açıqlama yayıb. Bildirilib ki, Livandan 2 və ya 3 PUA buraxılıb, biri dəniz üzərində vurulsa da, digəri (və ya digər ikisi) İsrailin dərinliklərinə girə bilib:

“PUA radar sistemləri tərəfindən aşkar edilməyib, heç bir həyəcan siqnalı işə salınmayıb və heç bir müdaxilə cəhdi edilməyib”.

Qeyd edilib ki, hücum zamanı çoxsaylı əsgər yaralanıb. Yaralılardan 4-nün ağır, 5-nin orta-ağır, 14 nəfərin isə vəziyyətinin orta səviyyədə olduğu bildirilib.

Yaralılardan 37-si təcili yardımla müxtəlif xəstəxanalara aparılıb.

Digər yaralılar da xəstəxanalara yerləşdirilməkdədir.

Qeyd edək ki, Hizbullahın İsrail ordusunun Hayfadakı bazasına dron hücumu zaman 70 hərbçinin yaralandığı, o cümlədən ölənlərin olduğu bildirilir.

Tarix
2024.10.13 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla