Yuxarı

ABŞ İsrailə Qəzza ilə bağlı vaxt verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İsrailə Qəzza ilə bağlı vaxt verdi

Bayden administrasiyası İsrailə Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılmasını tələb edən məktub göndərib.

Axar.az xəbər verir ki, ABŞ Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin birgə yazdığı məktub İsrailin müdafiə naziri Yoav Qallant və strateji işlər naziri Ron Dermerə ünvanlanıb.

Məktubda İsrailin 30 gün ərzində hərəkətə keçməsi tələb edilib. Əks halda ABŞ-ın xarici hərbi yardımı tənzimləyən qanunlarını pozma riski yaranacağı və bu ölkənin hərbi yardım təminatının təhlükə altına düşəcəyi məktubda qeyd olunub.

Bildirilib ki, ABŞ qanunvericiliyinə əsasən, Dövlət və Müdafiə departamentləri İsrailin yardım axınını məhdudlaşdırmayacağına dair verdiyi vədlərə sadiqliyini davamlı qiymətləndirməlidir.

İsrailə verilən son tarix noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonrakı vaxta təsadüf edir.

Tarix
2024.10.15 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla