Yuxarı

Milli Məclisdə yumruq davası - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclisdə yumruq davası - Fotolar

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında AKP-li millət vəkili ilə CHP-li millət vəkilləri arasında gərginlik yaşanıb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni qanun təklifinin müzakirə edildiyi TBMM iclasında söz alıb kürsüyə çıxan CHP-nin sədr müavini Bülənt Tezcan hökuməti vəzifədən sui-istifadə etdiklərinə görə tənqid edib. Vaxtı bitsə də kürsüdən enməyən millət vəkilinə TBMM-nin vitse-spikeri Sadiq Yaqut xəbərdarlıq edib. Xəbərdarlığa baxmayaraq kürsüdən enməyən və başqalarının vaxtına girən Bülənt Tezcana AKP-li millət vəkilləri də reaksiya göstərib. Bundan sonra da CHP-li millət vəkilinin kürsüdən enmədiyini görən parlamentin vitse-spikeri iclasda fasilə elan edib.

Bu vaxt AKP-li millət vəkili Bayram Özçelik kürsüdəki Tezcanın yanına gedib. Yaşanan sözlü mübahisə zamanı Özçelik Tezcana yumruq atıb. Bu yumruqdan sonra məclisdə ara qarışıb. AKP-li və CHP-li vəkillər bir-birinə girib. Məclisdə dava təxminən 5 dəqiqə davam edib. Üzünə dəyən zərbənin təsirindən CHP-li millət vəkili Əli İhsan Köktürk xəstəxanaya aparılıb.

CHP-dən xəstəxanaya aparılan millət vəkilinin səhhətinin yaxşı olduğu haqqında açıqlama yayılıb.

Tarix
2014.02.15 / 09:18
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla