Yuxarı

"Öcalan təklifi"nə Ərdoğandan - Sensasion reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Öcalan təklifi"nə Ərdoğandan -

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklifinə münasibət bildirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, partiyasının iclasında çıxış edən Türkiyə dövlət başçısı Dövlət Baxçalının təklifini dəstəkləyib, bunu "tarixi fürsət" kimi dəyərləndirib.

“Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir”, - Ərdoğan qeyd edib.

Türkiyə Prezidentinin sözlərinə görə, Cümhuriyyət hər hansı bir şəxsin, zümrənin, kütlənin, məzhəbin, etnik qrupun cümhuriyyəti deyil: “Bu cümhuriyyət türkün də, əlbəttə ki, kürdün də cümhuriyyətidir”.

Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terrorçuluq fəaliyyətinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz olunub. Öcalan həbs cəzasını İmralı adasında təkadamlıq kamerada çəkir.

Tarix
2024.10.30 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla