Yuxarı

Netanyahu bu dəfə sağ qaldı – Qasımın ilk müraciəti

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Netanyahu bu dəfə sağ qaldı – Qasımın ilk müraciəti

17:44

Hizbullahın yeni baş katibi Naim Qasim çərşənbə günü təşkilatın lideri kimi ilk televiziya müraciətini edib.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb.

N.Qasım çıxışı zamanı qurumun əvvəlki lideri Həsən Nəsrullahın yolunu davam etdirmək niyyətində olduğunu elan edib.

O, İsrail Baş nazir Benyamin Netanyahunun Qeysəriyyədəki evinə pilotsuz təyyarə hücumuna da toxunub:

“Netanyahu bu dəfə sağ qaldı, bəlkə də onun vaxtı hələ gəlməyib. Mənim gündəliyim bütün aspektlərdə Nəsrullahın gündəmini izləməkdir. Biz müharibə planımızı davam etdirəcəyik. Biz heç kimin adından və ya kiminsə layihəsi üçün mübarizə aparmırıq, Livan üçün mübarizə aparırıq. İran bizim layihəmizi dəstəkləyir və bizdən heç nə tələb etmir”.

Qasım sentyabr və oktyabr aylarında İsrailin zərbələri nəticəsində öldürülən Hizbullahın keçmiş liderləri Həsən Nəsrullah və Haşim Səfiəddini, HƏMAS-ın keçmiş rəhbəri Yəhya Sinvarı yad edib:

“Sinvar Fələstin və dünyanın azad xalqı üçün qəhrəmanlıq və müqavimət simvoludur, son nəfəsinə qədər döyüşərək həlak oldu - mətanətli, cəsur, sadiq, saleh, şərəfli və azad insan idi”.

O vurğulayıb ki, Hizbullah HƏMAS-a dəstəyini davam etdirəcək və İsrailin bütün bölgə üçün yaratdığı təhlükə ilə mübarizə aparacaq.

Hizbullah lideri ABŞ və Avropa da daxil olmaqla, İsraili dəstəkləyən ölkələri tənqid edib.

Tarix
2024.10.30 / 21:38
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

İrəvan Qarabağdan köçənlərə pul ayırdı

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla