Yuxarı

ABŞ qadınlara görə dolları dəyişir - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ qadınlara görə dolları dəyişir - Foto

ABŞ hökuməti 5, 10 və 20 dollarlıq əsginazları qadın hüquqları və demokratik dəyərlərə görə yenidən hazırlayacaq.

Axar.az xəbər verir ki, ölkənin Maliyyə Nazirliyinin yaydığı məlumata görə, yeni 20 dollarlıq əsginazların üzərində köləlik əleyhinə mübarizə aparmış Afrika əsilli amerikalı Harrit Tubmanın şəkli olacaq. Beləliklə, ABŞ dollarında ilk dəfə qaradərili qadının portretindən istifadə ediləcək.

Əsginazın arxasında isə ABŞ-ın 7-ci prezidenti Endrü Cekson və Ağ Ev-in təsviri yer alacaq.

10 dollara gəlincə, əsginazın üzündə ABŞ-ın ilk Maliyyə naziri Aleksandr Hemiltonun şəkli, arxasında 1913-cü ildə qadınlara səsvermə haqqı verilməsi üçün keçirilən yürüşü əks etdirən təsvirdən istifadə olunacaq.

5 dollarlıq əsginazlarda isə 1960-cı illərdə Vaşinqtondakı Linkoln abidəsi önündə demokratik dəyərlər üçün aparılan mübarizəni əks etdirən rəsm yer alacaq.

Yeni əsginazların 2020-ci ilə qədər hazırlanması planlaşdırılır.

Tarix
2016.04.21 / 12:52
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla