Yuxarı

Ermənistan da COP-a hazırlaşır – amma “17”yə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan da COP-a hazırlaşır – amma “17”yə

2026-cı ildə Ermənistanda Biomüxtəliflik üzrə Tərəflər Konfransı – COP17 keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Akop Simidyan öz Feysbuk səhifəsində yazıb.

“Ermənistan 65 səslə Biomüxtəliflik Forumuna ev sahibliyi edən ölkə seçildi”, - o yazıb.

Qeyd edək ki, COP17 BMT-nin Bioloji Müxtəliflik Konvensiyası (CDB COP) çərçivəsində keçirilən sammitdir.

Hər iki ildən bir keçirilən bu sammitdə dünyanın hər yerindən hökumətlər meşələr, okeanlar və nəsli kəsilməkdə olan heyvan növləri də daxil olmaqla təbiəti necə qorumağı və mühafizə etməyi planlaşdırdıqlarını müzakirə etmək üçün bir araya gəlirlər.

Bu il sammitin 16-cı görüşü 21 oktyabr-1 noyabr tarixlərində Kolumbiyanın Kali şəhərində keçirilib.

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 isə BMT-nin İqlim Dəyişikliyi Konfransıdır.

Tarix
2024.11.01 / 11:24
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla